Modern.az

Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından GÜLLƏLƏNDİ

Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından GÜLLƏLƏNDİ

Aktual

22 İyun 2022, 23:54

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN informasiya agentliyi məlumat yayıb.

 

Bildirilib ki, o, xəstəxanaya yerləşdirilib. Hazırda ağır vəziyyətdə reanimasiya şöbəsindədir.

 

Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində yaralı vəziyyətdə tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança aşkarlanıb. Hadisənin detalları məlum deyil. 

 

Qeyd edək ki, Vadim Zimin Putinin “nüvə çamadanı”nı daşıyan şəxs kimi tanınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı