ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində helikopter qəzaya uğrayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Hadisə nəticəsində 6 nəfərin həlak olduğu bildirilir.
Qəzanın səbəbləri hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.