Modern.az

“E-Manat”dan oğurluq edildi

“E-Manat”dan oğurluq edildi

Aktual

23 İyun 2022, 10:44

Qala qəsəbəsində oğurluq baş evrib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbədə yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat pul, digər mağazadan isə 211 manat pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlanıb.

 

Oğurluğu həyata keçirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı