Modern.az

“Bunun adı qardaş köməyidir” - Cahit Bağçı

“Bunun adı qardaş köməyidir” - Cahit Bağçı

Aktual

25 İyun 2022, 09:08

Səfir Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin meşə yanğınlarının qarşısının alınması üçün Türkiyəyə göndərilməsi barədə tviter hesabında paylaşım edib.

Modern.az xəbər verir ki, Türkiyə səfiri bunu qardaşlıq köməyi adlandırıb.

“Bunun adı qardaş köməyidir”, - diplomat vurğulayıb.


Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı