Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərin ailələri Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq evlərində ziyarət edilir.
İcra başçısı Vüqar Novruzov Qarabağ müharibəsi veteranı I qrup əlil Dəmirov Yaməddin Hidayət oğlunu evində ziyarət edib. Qazinin məişət şəraiti ilə yaxından tanış olub və Dəmirovun ailəsinin istəyinə uyğun olaraq evdə bir sıra çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq köməklik göstərilməsinə aidiyyatı qaydada göstərişlər verilib.
Dəmirov Yaməddin və ailə üzvləri onlara və ümumən qazilərə, şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.