Moldova prezidenti Maya Sandu yaxın vaxtlarda Kiyevə səfər etmək niyyətində olduğunu bildirib, lakin bu səfərin təfərrüatlarını hələ açıqlamayıb.
Modern.az xəbər verir ki- Sandu Prime telekanalına müsahibəsində deyib:
"Yaxın vaxtlarda Kiyevə səfər etmək planı var, lakin bu səfər razılaşdırıldıqdan sonra daha ətraflı məlumat verəcəyəm".
Qeyd edək ki, may ayında Moldova parlamentinin sədri İqor Qrosu və deputat Lilian Karp Ukraynada rəsmi səfərdə olublar. Təhlükəsizliyə görə səfərin gizli həyata keçirildiyi barədə faktdan sonra məlumat verilib.