Modern.az

"Açıq mikrofon" daha 2 rayonda qurulacaq

Aktual

25 İyun 2022, 17:38

Növbəti həftə daha iki rayon və şəhərdə "açıq mikrafon" aksiyası keçiriləcək.

 

Bu barədə  Modern.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

 

Qeyd olunub ki, növbəti həftə 28 iyun və 1 iyul tarixlərində daha 2 rayon və 2 şəhərdə “Açıq mikrofon” aksiyaları keçiriləcək.

 

Aksiya həftənin ikinci günü saat 11:00-da  Gəncə şəhərində (Qələbə Parkı), 3-cü günü saat 11:00-da Samux rayonunda ( Arif Nəbiyev 54,  İcra nümayəndəliyi) 4-cü günü 15:00 da Goranboy rayonunda (Gənclər Parkı) , 5-ci günü saat 11:00-da Naftalan şəhərində (Nəriman Nərimanov Parkı ) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı