Modern.az

Bu şəhərdə fəvvarələr bağlanır

Bu şəhərdə fəvvarələr bağlanır

Aktual

25 İyun 2022, 22:04

İtaliyanın Milan şəhərinin meri Cüzeppe Sala quraqlıq səbəbindən yeni məhdudiyyətlər elan edib.

 

Modern.az xəbər verir ki, su təchizatında məhdudiyyətlər çərçivəsində şəhərdə fəvvarələr bağlanacaq. 

 

Bundan əvvəl Lombardiya bölgəsində sentyabrın 30-dək davam edəcək fövqəladə vəziyyət elan edilib və şəhər merlərinə lazım olmayan su sərfini azaltmaq tapşırılıb.

 

Milanın meri vətəndaşları bitkilərin təmizlənməsi və suvarılması üçün içməli suyun istifadəsini minimuma endirməyə çağırıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı