Modern.az

Şuşa ilə bağlı beynəlxalq konfrans keçirilib

Şuşa ilə bağlı beynəlxalq konfrans keçirilib

Aktual

26 İyun 2022, 12:00

Türk Dünyası Elmi Strateji Araşdırmalar Mərkəzinin (TDESAM) təşkilatçılığı ilə “Şuşa Şəhəri və Türk Sivilizasiyası: Tarixilik və Müasirlik” adlı beynəlxalq konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, onlayn toplantıya Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən və  Krımdan (Ukrayna) Beynəlxalq Konfransda elmi məruzələrlə çıxış etmək istəyən alimlər qatılıb. 

 

TDESAM-ın idarə heyətinin üzvü, Xəzər Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatı üzrə fəlsəfə doktoru Xatirə Yusifova Beynəlxalq Konfransa müxtəlif ölkələrdən qatılan qonaqları salamlayaraq konfransı açıq elan edib. Məruzələrin elmi istiqamətinə görə dörd müxtəlif panellərdə gerçəkləşən Beynəlxalq Konfransda maraqlı müzakirələr dinlənilib.

 

Şuşa şəhərinin türk dünyası üçün əhəmiyyəti, mədəni həyatı, tarixi, etnoqrafiyası, toponimkası, 44 günlük zəfər tarixi və digər müxtəlif sahələri əhatə edən elmi məruzələr ətrafında müzakirələr aparılıb. Professor Harun Yıldızın rəhbərlik etdiyi “Türk sivilizasiyası və Şuşa Şəhəri” adı 1-ci paneldə Türkiyədən qatılan alimlərin maraqlı tədqiqatları dinlənilib.

 

Daha sonra Özbəkistandan qatılan professor Dilafruz Kurbanovanın “Şuşa Şəhəri və Türk Mədəniyyəti” adlı panelində Orta Asiyanın türkdilli ölkələrinin alimləri maraqlı məruzələrlə çıxış edib. Azərbaycanlı professor Füzuli Qurbanovun rəhbərlik etdiyi “Beynəlxalq Münasibətlər Sistemində Şuşa Zəfəri” adlı paneldə isə Şuşa zəfərinin Türk dünyası üçün əhəmiyyətini ifadə edən müxtəlif istiqamətli məruzələr dinlənilib. 

 

Bundan sonra TDESAM-ın idarə heyətinin üzvü fəlsəfə doktoru Mübariz Ağalarlının rəhbərlik etdiyi “İnformasiya Müharibəsi və Şuşa Zəfəri” adlı paneldə II Qarabağ savaşının yalınız hərb meydanında getmədiyini, həm də informasiya müharibəsini özündə birləşdirən hibrid müharibə olaraq getdiyini məruzələriylə təsdiq edən alimlərin maraqlı çıxışları olub.

 

Sonda “Şuşa Şəhəri və Türk Sivilizasiyası: Tarixilik və Müasirlik” Beynəlxalq Konfransının qərarı oxunub, məruzəylə çıxış edənlərə sertifikat verilib. TDESAM-ın idarə heyətinin sədri Məhəmməd Cəbrayılov Beynəlxalq Konfransda maraqlı məruzələrlə çıxış edən alimlərə təşəkkür etdi və konfrans materiallarının çap olunacağını bildirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı