Modern.az

İranda yenə zəlzələ oldu

İranda yenə zəlzələ oldu

Aktual

26 İyun 2022, 18:59

Bu gün yerli vaxtla saat 17:37-də İranın cənub-şərqində yerləşən Kirman vilayətin Ravər rayonunda 5,4 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

 

Məlumata görə, yerin 10 km dərinliyində baş verən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Zəlzələ nəticəsində ehtimal olunan dağıntı və insan itkisi barədə məlumat verilməyib.

 

Qeyd edək ki, ötən gün səhər saatlarında İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 5,6 bal gücündə zəlzələ olub. Nəticədə 1 nəfər ölüb, 31 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı