İrannın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyunun 27-də Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 27 iyun 2022-ci il tarixində ölkəmizə səfər edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimizin gündəliyində duran məsələlərin, cari regional və beynəlxalq hadisələrin müzakirə olunacağı nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.