Modern.az

Qalada vurulan piyada xəstəxanada öldü

Qalada vurulan piyada xəstəxanada öldü

Aktual

27 İyun 2022, 10:56

İyunun 26-da saat 22 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Rəşad Zəkiyevi vurub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb. 

 

Analoji hadisə iyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində də qeydə alınıb. Belə ki, Bakı şəhər sakini S.Hasilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Zaur Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hazırda faktlarla bağlı Rayon Polis İdarələrində araşdırma aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı