Modern.az

Bakıda yük maşını avtobusu vurdu

Bakıda yük maşını avtobusu vurdu

Aktual

27 İyun 2022, 17:52

Bakıda "Zil" markalı yük maşını avtobusu vurub.

 

Modern.az xəbər verir ki, hadisə Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində baş verib.

 

Belə ki, 27 iyun saat 15:30 radələrində karyer daşı ilə yüklənmiş “Zil” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

 

Qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. Hadisə zamanı avtobusa zərər dəysə də, xəsarət alan olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!