Modern.az

Güləşçimiz yarımfinalda erməni ilə görüşəcək

Güləşçimiz yarımfinalda erməni ilə görüşəcək

Aktual

27 İyun 2022, 18:00

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

 

Modern.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.

 

Onlardan yalnız ikisi - 55 kq-da Nihad Quluzadə və 87 kq-da Laçın Vəliyev yarımfinala yüksəliblər. İdmançılar finala gedən yolda müvafiq olaraq, almaniyalı Georgios Skarpello və ermənistanlı Vigen Nazaryanla qarşılaşacaqlar.

 

63 kq-da Ziya Babaşovun təsnifatda uduzduğu ukraynalı Oleq Xalilov və Heybulla Qıstarovun 1/4 finalda məğlub olduğu macarıstanlı Adolf Başo finala adlayacağı halda, Azərbaycan təmsilçiləri təsəlliverici görüşlərə qatılmaq hüququ qazanacaqlar.

 

77 kq-dakı Xasay Həsənli isə mübarizəni erkən dayandırıb.

 

Qeyd edək ki, yarımfinal görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...