Modern.az

Narkomaniyaya Yox Deyək!!!

Narkomaniyaya Yox Deyək!!!

Aktual

28 İyun 2022, 09:28

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir.

 

Modern.az xəbər verir ki, bu problemə diqqət çəkmək üçün Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin tələbələri "Narkomaniyaya Yox Deyək" adlı tədbir keçiriblər.

 

Xarici dillər fakültəsinin dekan müavini Arzu Babayeva tədbirin keçirilməsinin məqsədini tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək müasir dövrdə artmaqda olan narkomaniyanı pisləmiş, narkotik maddələrlə mübarizə aparmağın hər bir dövlət orqanı və qurumunun vəzifəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.

 

Daha sonra xarici dillər fakultəsinin dekanı dosent Əjdər Əsgərov müasir gəncliyimizi bu bəladan qorumağın yollarını, eyni zamanda təhsil müəssisələrində geniş maarifləndirmə işinin aparılmasından danışmışdır. Qeyd etmişdr ki, valideynlərin düzgün həyat tərzi keçirməsi onların övladlarına örnəkdir.

 

Tədbirdə fakultənin fəal tələbələri- Aybəniz Verdiyeva  "Narkotik vasitələrin tarixi", Sevda İsmayılova "Narkotik vasitələrin növləri", Aysu Muxtarova "Narkotikin fəsadları", Dilarə Cəlilova "Qanunvericilikdə narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi haqqında" mövzularında çıxışlar etmişlər. Sonda fakültə tələbələrinin hazırladıqları videoçarx nümayış etdirilib.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı