Modern.az

Qazilər və şəhid ailələri Şuşada - VİDEO

Qazilər və şəhid ailələri Şuşada - VİDEO

Aktual

28 İyun 2022, 16:20

“YAŞAT” Fondu 26 İyun - Silahlı Qüvvələr Günündə Vətən müharibəsi  qazilərinin və şəhid ailəsi üzvlərinin Şuşaya səfərini təşkil edib.

 

Fonddan Modern.az-a verilən məlumata görə, səfərdə Şuşanın işğaldan azad edilməsi uğrunda  döyüşlərdə iştirak edən müharibə əlilləri və orada şəhidlik zirvəsinə ucalanların valideynləri iştirak ediblər.

 

Layihə Bank Respublikanın dəstəyi ilə həyata keçirilib. 


“YAŞAT” Fondu tərəfindən öncə də bu cür səfər təşkil edilib. Belə ki, “Şəhid əmanətləri Şuşada” layihəsi çərçivəsində şəhidlərimizin övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!