Modern.az

Hakimlik üçün 46 namizəd imtahan verib

Hakimlik üçün 46 namizəd imtahan verib

Aktual

28 İyun 2022, 17:06

Bu gün Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

 

DİM-dən Modern.az-a bildirilib ki, yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 46 namizəd iştirak edib.

 

Namizədlər hüquqi kazus üzrə məhkəmə qərarlarının layihəsini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.

 

İmtahan 4 saat davam edib. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!