Modern.az

Prezidentdən Elman Rüstəmovla bağlı SƏRƏNCAM

Prezidentdən Elman Rüstəmovla bağlı SƏRƏNCAM

Aktual

28 İyun 2022, 18:35

Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

E.Rüstəmov Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə təltif olunub.

 

Qeyd edək ki, 70 yaşlı E.Rüstəmov 1995-ci ilin yanvar ayından 2022-ci ilin aprelin 13-dək Mərkəzi Bankın rəhbəri vəzifəsində çalışıb. O, Mərkəzi Bankdan getdikdən sonra Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı