Modern.az

İsveç XİN: Türkiyə ilə danışıqlarda irəliləyiş var

İsveç XİN: Türkiyə ilə danışıqlarda irəliləyiş var

Aktual

28 İyun 2022, 20:25

İsveçin xarici işlər naziri Anna Linde bildirib ki, Krallığın NATO-ya daxil olmaq üçün müraciəti barədə Türkiyə ilə danışıqlarda irəliləyiş olub.

 

Modern.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

 

Nazir, eyni zamanda NATO-nun iyunun 29-da Madriddə başlanacaq sammiti çərçivəsində bu məsələnin həll olunacağını vəd etməyib.

 

“Biz irəliləmişik, lakin daha uzağa getmək üçün siyasi iradə lazımdır. Danışıqlarda adətən olduğu kimi, hələlik heç nə aydın deyil. Bu səbəbdən biz bu gün nə isə pozitiv dəyişiklik olacağına hazırıq, lakin potensial baxımdan bu məsələ çox vaxt tələb edə bilər”, - deyə XİN başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı