Kolumbiyanın Tulua şəhərində yerləşən həbsxanada baş vermiş yanğın zamanı 52 məhbus həlak olub.
Modern.az xəbər verir ki, Kolumbiya milli həbsxana agentliyinin rəhbəri Tito Kastelyanosun sözlərinə görə, gecə iğtişaşlar zamanı məhbuslar döşəkləri yandırıblar, bundan sonra alov həbsxananı bürüyüb.
Nəticədə 52 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.