Rusiya hərbçilərinin yerləşdiyi Xerson vilayətindən Ukraynanın Nikolayev şəhəri və ətrafı “Bastion” raket kompleksi vasitəsilə atəşə tutulub.
Modern.az xəbər verir ki, bu barədə Nikolayev şəhər administrasiyası məlumat yayıb.
“Şəhər stadionu, hərbi obyekt və sosial-kənd təsərrüfatı obyektləri məhv edilib. Ölən yoxdur”, - deyə məlumatda qeyd olunub.