İranın Qum əyalətinin Şikuhiyə şəhərində kimyəvi maddələr istehsal edən fabrikdə güclü yanğın olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Əraziyə xilasetmə briqadaları cəlb olunub.
Yanğına qaz sızmasının səbəb olduğu bildirilir. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, 3 il əvvəl də həmin fabrikdə qəza olmuş, 3 nəfər həyatını itirmişdi.