Modern.az

Millimiz Türkiyə ilə heç-heçə etdi

Millimiz Türkiyə ilə heç-heçə etdi

Aktual

29 İyun 2022, 08:18

İstanbulda təlim-məşq toplanışında olan Azərbaycanın qadın futbolçulardan ibarət millisi Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

 

Modern.az xəbər verir ki, qarşılaşma Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində olub.

 

Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurub.

 

Qeyd edək ki, komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı