Modern.az

Gəncə sakini silah-sursatla yaxalandı

Gəncə sakini silah-sursatla yaxalandı

Aktual

29 İyun 2022, 10:38

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Abbasov saxlanılaraq PB-yə gətirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRQM” partlayıcı, 2 ədəd “Kalaşnikov” avtomatına məxsus daraq, 55 ədəd 5.45 mm-likpatron, 2 ədəd pulemyot patronu və 2 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

 

Həmin maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı