Modern.az

ABŞ Avropada hərbi mövcudluğunu gücləndirir

ABŞ Avropada hərbi mövcudluğunu gücləndirir

Aktual

29 İyun 2022, 14:10

ABŞ Prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşüb. O, Birləşmiş Ştatların Avropada hərbi mövcudluğunu artıracağını bildirib.

 

Modern.az xəbər verir ki, Baydenin çıxışı NATO-nun saytında dərc olunub.

 

Onun sözlərinə görə, NATO bütün istiqamətlərdə - havada, quruda və dənizdə təhdidləri dəf etməyi bacarmalıdır.

 

Bundan əlavə, Bayden Avropaya əlavə olaraq F-35 döyüş təyyarələrindən ibarət iki eskadrilya göndəriləcəyini vurğulayıb. Qeyd olunub ki, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu korpusunun qərargahını yerləşdirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı