Modern.az

Sabah “Yay məktəbi” başa çatır

Sabah “Yay məktəbi” başa çatır

Aktual

29 İyun 2022, 14:54

Sabah, iyunun 30-da Azərbaycanın ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla təşkil edilən “Yay məktəbi” başa çatır.

 

Modern.az-ın məlumatına görə, iyunun 16-dan başlayan “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər həyata keçirilib.

 

Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar verilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.

 

Qeyd edək ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı