Modern.az

"Qarabağ" rumıniyalılarla heç-heçə oynadı

Aktual

29 İyun 2022, 23:34

Avstriyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu sonuncu yoxlama oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib.

 

Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də heç-heçə edib - 2:2.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı