Modern.az

İyulun ilk gününün HAVASI

İyulun ilk gününün HAVASI

Aktual

1 İyul 2022, 08:16

Azərbaycanda iyulun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

 

Bu gün Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı