Xəbər verildiyi kimi, 28 yanvar 2017-ci ildə saat 1 radələrində 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə rayonun Qaraqaşlı kənd qəbiristanlığında aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, o, daha sonra saat 22 radələrində meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.
19 mart 2022-ci ildə Asif Manafova Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.