Modern.az

Bu günün HAVASI - Külək, yağış...

Bu günün HAVASI - Külək, yağış...

Aktual

2 İyul 2022, 07:30

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

 

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı