Ukrayna Ali Radası yeni Ombudsman təyin edib. Bu vəzifə Dmitri Lubinetsə həvalə olunub.
Modern.az xəbər verir ki, məlumatı deputat Yaroslav Jeleznyak Ali Radanın bugünkü iclasının nəticələrinə əsasən Telegram-da paylaşıb.
"Bir saat davam edən müzakirədən sonra Dmitri Lubinets Ukrayna Ali Radasının insan hüquqları üzrə nümayəndəsi vəzifəsinə dəstəkləndi. Onun lehinə 250 səs verildi", - o qeyd edib.
Xatırladaq ki, mayın 31-də parlament Lyudmila Denisovanın ombudsman vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.