Argentinanın Rio-Qrande şəhərinin hava limanında göyərtəsində tibb işçilərinin olduğu təcili yardım təyyarəsi qəzaya uğrayıb.
Modern.az-ın xəbərinə görə, bu barədə "Todo Noticias" telekanalı məlumat yayıb .
Təyyarə Buenos-Ayresdə müalicə olunan uşağı Tierra del Fueqo əyalətinin ən böyük şəhərinə çatdırıb, sonra geri uçub. Təyyarədə iki pilot, bir həkim və bir tibb bacısı olub. Onların hamısı həlak olub.
İlkin məlumatlara görə, təyyarə havaya qalxarkən hava limanının yaxınlığında yerləşən binalardan birinə çırpılıb. Hadisə ilə əlaqədar hava limanı müvəqqəti bağlanıb.