Modern.az

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Aktual

2 İyul 2022, 10:20

İyulun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 45-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən doqquzunun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 47, o cümlədən borclu şəxs qismində axtarılan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı