İyulun 2-də Gürcüstan ərazisində ard-arda iki dəfə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, birinci zəlzələ yerli vaxtla saat 12:24-də Rusiya - Gürcüstan sərhədi yaxınlığında 4,0 bal gücündə qeydə alınıb.
İkinci yeraltı təkan saat 12:28-də Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3,1 maqnitudada baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.