Modern.az

“Çeburaşka”nın yaradıcısı vəfat etdi

“Çeburaşka”nın yaradıcısı vəfat etdi

Aktual

2 İyul 2022, 18:00

SSRİ-nin klassik animatoru Leonid Şvartsman 101 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Soyuzmultfilm”in şef-redaktoru Sergey Vladimiroviç Kapkov bildirib.

 

Qeyd edək ki, Leonid (əsl adı İzrail) Aronoviç Şvartsman 1920-ci il avqustun 30-da Belarusda anadan olub. O, 2002-ci ildə Rusiyanın Xalq rəssamı fəxri adına, 2017-ci ildə isə Rusiya Prezidentinin Mükafatı laureatına layiq görülüb.

 

Leonid Şvartsman 70 cizgi filminin rejissoru, rəssamı və ssenaristidir. “Çeburaşka”, “Timsah gena” (“Krokodil Gena”), “38 tutuquşu”, “Balina, səni gözləyirəm” onun məşhur filmlərindəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı