Modern.az

Lukaşenko: “Bizə müharibə lazım deyil”

Lukaşenko: “Bizə müharibə lazım deyil”

Aktual

2 İyul 2022, 21:22

"Belarus Ukraynada döyüşməyə can atmır, bizə müharibə lazım deyil".

 

Modern.az BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü ilə bağlı müşavirədə deyib.

 

"Bir il əvvəl və ya daha öncə dediklərimi təkrar edirəm. Biz Ukraynada döyüşmək niyyətində deyilik. Bu müharibə bizə qətiyyən lazım deyil", - Lukaşenko çıxışında bildirib.

 

Bundan əvvəl Ukrayna Prezidentinin Ofisi Belarusun mümkün hücumuna hazır olduqlarını bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!