Serbiya ilə Macarıstanın sərhədində atışma olub.
Modern.az xəbər verir ki, bu barədə Serbiyanın RTS telekanalı məlumat yayıb.
Atışma miqrantlar arasında qaçaqmalçılıq zəminində baş verib. Silahlı insident nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə stabil vəziyyət hökm sürür.