Modern.az

ABŞ dövlət katibi: “Ukraynalılar çətin vəziyyətdədir

ABŞ dövlət katibi: “Ukraynalılar çətin vəziyyətdədir”

Aktual

2 İyul 2022, 22:32

Ukrayna ABŞ-dan 50 milyon dollar dəyərində silah və hərbi texnika alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.


“Mülki vətəndaşların olduğu ticarət mərkəzinə edilən hücum göstərdi ki, ukraynalılar hələ də çətin vəziyyətdədir. Onlar ölkələri uğrunda mübarizəni davam etdirirlər. ABŞ onların layiqli işini dəstəkləməkdə davam edir. Biz Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - dövlət katibi vurğulayıb.


Blinken qeyd edib ki, ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı 6,92 milyard dollara çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı