Modern.az

Xocavənddə Polis Günü qeyd olunub

Xocavənddə Polis Günü qeyd olunub

Aktual

2 İyul 2022, 23:16

Xocavənd rayonunda 2 İyul - Azərbaycan Polisi Günü qeyd olunub.

Modern.az xəbər verir ki, rayon Polis İdarəsində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, Rayon Polis İdarəsinin şəxsi heyyəti iştirak ediblər. Tədbir iştirakçıları həm Ümummilli Lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucalan abidəsini, həm də Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edib, ulu öndərin və şəhidlərimizin xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynov tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümünün qeyd edildiyini vurğulayan rəis Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. O, qeyd edib ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb.

RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb.

Həmçinin tədbirdə çıxış edən Rayon Prokuroru Taleh Osmanov, Dövlət Təhlükəsizlik Xidmətinin Xocavənd rayon Şöbəsinin rəisi Elçin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov  və Vətən müharibəsi qaziləri də Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs ediblər.

Sonda Xocavənd Rayon Polis Şöbəsini  bir qrup əməkdaşı  Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı