Modern.az

“Hər şey plan üzrə gedir” - Putin Şoyqunu hesabata ÇAĞIRDI

“Hər şey plan üzrə gedir” - Putin Şoyqunu hesabata ÇAĞIRDI

Aktual

4 İyul 2022, 13:40

Rusiya prezidenti Vladimir Putin bu gün müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Modern.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.


"Yaxın saatlarda müdafiə naziri Şoyqunun prezidentə hesabatı olacaq", - deyə Peskov qeyd edib.

Prezidentin mətbuat katibi jurnalistlərə deyib ki, Rusiya Federasiyasının Ukraynadakı “xüsusi əməliyyatı” plan üzrə gedir və mövcud planlara, düzəlişlərə uyğun olaraq irəliləyir.
 

"Növbəti taktiki addımlar məsələsinə gəlincə, bu, Müdafiə Nazirliyinə aiddir. Yalnız onu deyə bilərəm: əməliyyat plan üzrə gedir, mövcud planlara və düzəlişlərə uyğun olaraq irəliləyir", - Peskov söyləyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı