Modern.az

Bakıda binanın lifti qırıldı - Yaralı var (YENİLƏNİB)

Bakıda binanın lifti qırıldı - Yaralı var (YENİLƏNİB)

Aktual

4 İyul 2022, 23:10

İyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

 

***

Bakının Nərimanov rayonunda yaşayış binalarından birinin lifti qırılıb.

 

Modern.az xəbər verir ki, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Hadisə zamanı bir nəfər xəsarət alıb, ölən olmayıb. Yaralı xəstəxanaya aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı