Modern.az

Ötən günün HADİSƏLƏRİ

Ötən günün HADİSƏLƏRİ

Aktual

6 İyul 2022, 10:18

İyulun 5-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 72-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı