Modern.az

Bir piyadanı 2 maşın vurdu - Bakıda DƏHŞƏT

Bir piyadanı 2 maşın vurdu - Bakıda DƏHŞƏT

Aktual

6 İyul 2022, 10:23

İyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı