“Ermənistan Müdafiə Nazirliyi hərbi təhsil sahəsində islahatlar həyata keçirir. Respublikada hərbi akademiya yaradılacaq”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan iyulun 6-da parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında bildirib.
Onun sözlərinə görə, Vazgen Sarkisyan adına Hərbi Universitet və Xanferyants adına Hərbi Aviasiya İnstitutunun birləşdirilərək yeni Hərbi Akademiya yaradılması planlaşdırılır. Burada sərhəd qoşunlarında xidmətə hazırlıq üçün ayrıca fakültələr də yaradılacaq.
"Bu islahatdan əvvəl bizdə sərhəd qoşunlarının zabitlərinin hazırlanması üçün ayrıca təhsil müəssisəsi yox idi", - nazir bildirib. Papikyan qeyd edib ki, Ermənistan və Rusiyada hərbi məktəblərini bitirənlər sərhəd qoşunlarında xidmət ediblər.