Modern.az

Bu günün havası: Yenə yağış...

Bu günün havası: Yenə yağış...

Aktual

7 İyul 2022, 07:49

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər