Modern.az

Bu il 40 milyon insan aclıqdan ölə bilər - HƏYƏCAN TƏBİLİ

Bu il 40 milyon insan aclıqdan ölə bilər - HƏYƏCAN TƏBİLİ

Aktual

7 İyul 2022, 08:15

Dünyada təxminən 40 milyon insan Ukraynadakı vəziyyətə görə qida çatışmazlığı problemi ilə üzləşəcək.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.

 

"Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Ukraynadakı vəziyyətin təsirlərini proqnozlaşdırsaq, 2022-ci ildə xroniki qidalanma ilə üzləşəcək daha 40 milyon insan deməkdir", - deyə M.Torero vurğulayıb.

 

Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər