Modern.az

Nazir veteran futbolçularla görüşdü - FOTO

Nazir veteran futbolçularla görüşdü - FOTO

Aktual

7 İyul 2022, 08:50

Gənclər və idman naziri Fərid Qayıbov bir qrup futbol veteranı ilə görüş keçirib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, veteranları salamlayan F.Qayıbov onlarla ölkə futbolunun vəziyyəti barədə müzakirələr aparıb.

 

Oqtay Abdullayev, Maşallah Əhmədov, Tərlan Əhmədov, Novruz Əzimov, Arif Əsədov, Asim Xudiyev və digərləri ölkə çempionatı, klublar və milli komanda ilə bağlı fikirlərini bildiriblər.

 

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər