Modern.az

Keçmiş deputatdan 33 manat çaypulu aldılar - Etiraz etdi

Keçmiş deputatdan 33 manat çaypulu aldılar - Etiraz etdi

Aktual

7 İyul 2022, 09:42

Sabiq deputat, jurnalist Etibar Hüseynov 2 çaynik çaya görə 33 manat pul ödəməli olub.

Modern.az-ın məlumatına görə, E.Hüseynovu dostu ilə "Atatürk" parkındakı çayxanaya getməyə peşman ediblər.

“Dünən bir dostumla "Gənclik"dəki "Atatürk" parkında çay içməli olduq. Sonunda 2 çay və 1 ləbləbiyə (dostum diabet olduğuna görə gətirilən mürəbbəni ləbləbi ilə dəyişməyi xahiş etdi - əksər yerlərdə verilən standart qabda olan adi ləbləbi idi) 33 manant pul aldılar. Çek-filan da istəməsən gətirmirlər. Dediyim ondadır ki, bu hal hələ ölkəyə turist axını 0 səviyyəsində olan bir vaxtda baş verir; gör indi turist bol olarsa nə qiymətlər olar?”, -deyə sabiq deputat etirazını ifadə edib.

E.Hüseynov deyir ki, qiymətlərin belə yüksək olma səbəbini çay evinin administratorundan soruşub və tutarlı cavab ala bilməyib: “Dedi ki, "belədi də"”.


O, ölkənin ticarət sektorunda bir özbaşnalıq hökm sürdüyünü vurğulayıb:

“Kim nəyi, neçəyə istəyir satır. Heç bir qorxacaq-çəkinəcək ünvanları da yox. Bax ona görə də qısa vaxtda yenicə vüsət almış turist axınının axırına çıxdılar.


Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər