Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild vəzifəsini tərk edəcək.
Modern.az-ın məlumatına görə, Bedinqfildin istefa xəbəri ilə bağlı Ağ Ev yazılı açıqlama yayıb.
"Prezident Co Baydenin uzun müddət etibarlı köməkçisi və həm seçki kampaniyasında, həm də administrasiyasında yüksək səviyyəli strateq olmuş Bedinqfild həyat yoldaşı, azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək üçün iyulun sonunda Ağ Evi tərk edəcək", - rəsmi açıqlamada deyilir.