Modern.az

İllər sonra 6 cinayətin üstü AÇILDI

İllər sonra 6 cinayətin üstü AÇILDI

Aktual

7 İyul 2022, 10:00

İyulun 6-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 41-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

 

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər